"Report"un xəbərinə görə, bu qərar ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurlarını müəyyən edir.
Qərara edilən dəyişikliyə əsasən, ixrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının siyahısına Milli Təhlükəsizlik Nazirliyinin (MTN) də adı əlavə olunub. Beləliklə, hərbi təyinatlı uçuş aparatları, "pilotsuz" uçuş aparatları, raketlər, onların mühərrikləri, avadanlıqları və yardımçı avadanlıqları, hərbi təyinatı üçün xüsusi düzəldilmiş komponentlərinin ixracatına nəzarəti Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi də edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !