Azərbaycan müdafiə xərclərini niyə artırır?

12:18 | 17.10.2024
Azərbaycan müdafiə xərclərini niyə artırır?

Azərbaycan müdafiə xərclərini niyə artırır?

Azərbaycan hökumətinin 2025-ci ildə müdafiə və milli təhlükəsizlik üçün büdcə xərclərini artırması Ermənistanın genişmiqyaslı hərbiləşməsinə cavab tədbirləri görülməsi zərurəti ilə əlaqədardır. Bu barədə  hökumətdəki mənbə məlumat verib.


Onun sözlərinə görə, Azərbaycan parlamentinə təqdim olunan 2025-ci il dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik xərcləri ilkin variantla müqayisədə 1,738 milyard manat artırılıb.


2025-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə əlavə xərclər Dövlət Neft Fondunun dövlət büdcəsinə köçürmələrinin artırılması hesabına təmin ediləcək.


2025-ci il dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 396,3 milyon manat (4,939 milyard dollar) səviyyəsində və ya bütün xərclərin 20,3%-i səviyyəsində nəzərdə tutulub.


2024-cü il büdcəsində bu məqsədlər üçün xərclər 7 milyard 126,3 milyon manat (təxminən 4,2 milyard dollar) səviyyəsində nəzərdə tutulub.


Beləliklə, bu maddə üzrə xərclər 2025-ci ildə 17,8% artacaq.


2025-ci ildə dövlət büdcəsindən müdafiə sahəsində xüsusi təyinatlı layihələrin və tədbirlərin həyata keçirilməsinə 4,58 milyard manat (2,7 milyard dollar) ayrılması planlaşdırılır.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM