Azərbaycan NATO qərargahlarında xidmət edən hərbçilərinin sayını artırmağa hazırlaşır.Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yay aylarında NATO-ya daha 3 zabit göndəriləcək. Bununla da, Azərbaycanın NATO qərargahlarında xidmət edən zabitlərinin sayı 7-dən 10-a yüksələcək. Zabitlərin konkret olaraq NATO-nun hansı qərargahlarında xidmət edəcəyi barədə məlumat verilməyib. Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !