Azərbaycan NATO-ya yaxınlaşır

11:42 | 02.06.2014
Azərbaycan NATO-ya yaxınlaşır

Azərbaycan NATO-ya yaxınlaşır

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə yola düşüb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq.Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov həmçinin NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvətilə NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə iştirak edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM