Azərbaycan bu gündən etibarən "OPEC plus”
razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.
May-iyun aylarında "OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının
2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 mln.barrel, Azərbaycan
üçün isə 164 mln. barrel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft
hasilatı 718 min barrel olan Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında
bu göstəricidən 18% olmaqla 131 min barrel, 2021-ci il və 2022-ci ilin apreli ərzində
isə14% olmaqla 98 min barrel müəyyənləşib.
Yeni
"Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq hasilatın
azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və
ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr
üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional
qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr
ayında gündəlik neft hasilatının AÇG üzrə 567 min barrel, "Azneft” İB üzrə 125
min barrel, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə isə 26 min barrel təşkil
etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən cari ilin may-iyun aylarında
23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar-2022-ci ilin apreli dövründə
isə 14% azaldılması nəzərdə tutulur. Eyni zamanda qeyd edilməlidir ki, bu rəqəmlər
yuvarlaqlaşdırılıb, müxtəlif hasilat quyularından çıxan neftin ton/barrel
çevirmə əmsalları fərqlənir və kondensat həcmlərinin azaldılması öhdəliklərə
daxil deyil.
Energetika
naziri Pərviz Şahbazov bildirib ki, "Azəri-Çıraq-Dərinsulu Günəşli”
yataqlarında, "Azneft”
İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması tədbirləri
Azərbaycanın öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək: "Bu gündən dünya
neft sənayesi tarixində hasilat
həcmlərinə və müddətinə görə ilk ən
böyük razılaşmanın icrasına başlanılır. İkinci rübdə dünyada
neftə gündəlik tələbatın 15-25 mln.
barrel, 2020-ci ildə isə 10,3 mln. barrel həcmində azalması gözlənilir. Belə bir vəziyyətdə "OPEC plus” ölkələri, o cümlədən
Azərbaycan üzrə öhdəliklərin yerinə yetirilməsi neft bazarına ilk dəstəyi təmin
edəcək. Neft bazarının sabitləşdirilməsi
üçün milli və qlobal səviyyədə nümayiş etdirilən həmrəyliyin nəticələri tədricən
neftin qiymətində də öz əksini tapacaq.”
Nazir onu da əlavə edib ki, Azərbaycanda hasilatın
azaldılması ilə bağlı bu tədbirlərdə məqsəd həm də SOCAR və
ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə
dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !