2023-cü ildə Azərbaycanda qaz kondensatla birgə neft hasilatı 30 milyon 189,6 min ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 7,5% azdır.
O cümlədən kondensatla birgə əmtəəlik neft hasilatı 30 milyon 83,1 min ton (azalma 7,6%) təşkil edib.
2023-cü ildə Azərbaycanda qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr (artım 3,8 faiz) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 36 milyard 413,8 milyon kubmetr (artım 4,2%) olub. .
Dekabrda Azərbaycanda 2,5 milyon ton neft (2022-ci ilin dekabr göstəricisindən 10,7% azalma) və 3,3 milyard kubmetr (3,1% artım) əmtəəlik qaz hasil edilib
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !