2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla neft hasilatı 35 milyon 25,8 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2% azdır.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin (DSK) cari ilin 10 ayı üçün hazırladığı statistik məlumatda deyilib.
DSK-dan bildirilib ki, 10 ay ərzində 24 milyard 545,8 mln. kubmetr (azalma 2,7%) qaz hasil olunub.
Hökumətin proqnozlarına əsasən, 2015-ci ildə Azərbaycanda neft hasilatı 41 milyon 234 min ton, qaz hasilatı 30 milyard 110 milyon kubmetr təşkil edəcək.
Bundan başqa, qeyd edək ki, ötən il Azərbaycanda ümumilikdə 41,9 milyon ton neft, 29 milyard 615,3 milyon kubmetr qaz istehsal olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !