Azərbaycan neftinin qiyməti 56 dolları ötdü

10:45 | 08.09.2017
Azərbaycan neftinin qiyməti 56 dolları ötdü

Azərbaycan neftinin qiyməti 56 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 56,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,85 dollar/barel çoxdur. 

anews.az-ın xəbərinə görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 55,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 6-da 52,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 6-da 54,7 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM