anews.az-ın məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 56,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 13-də 52,77 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 13-də 55,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !