• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edir

Azərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edir
18.09.2023 19:16
Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən VIII Xəzər Media Forumunda iştirak edir.


Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini, həmçinin Qardaşlıq bağında "Əbədi  Şöhrət Məşəli” abidəsini ziyarət edərək önlərinə gül dəstələri düzüb.


Sonra nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov VIII Xəzər Media Forumunun təşkilinə görə nümayəndə heyəti adından qarşı tərəfə minnətdarlığını bildirib, media sahəsində uğurlu inkişafa nail olmaq üçün beynəlxalq əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin önəmini vurğulayıb. 


Əhməd İsmayılov Azərbaycan Respublikası və Rusiya Federasiyası, xüsusilə Həştərxan vilayəti arasında mövcud olan çoxşaxəli əməkdaşlıq istiqamətlərindən danışıb, Xəzər Media Forumunun bu sahədə regional səviyyədə məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. 


Görüşdən sonra bir sıra  televiziya kanallarına müsahibəsi zamanı İcraçı direktor medianın ictimai diplomatiyanın mühüm faktoru olduğunu, həmçinin müxtəlif millətləri və mədəniyyətləri yaxınlaşdıran, informasiya, ideya və mənəvi dəyərlərin mübadiləsinə kömək edən etibarlı vasitə rolunu oynadığını qeyd edib.


Eyni zamanda, Forum çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Forum gedişində təşkil olunan konstruktiv və məhsuldar müzakirələrin bu sahədə yeni əməkdaşlıq münasibətlərinin qurulması, mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və gələcəkdə birgə lahiyələrin həyata keçirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb,media savadlılığının artırılması, peşəkar media nümayəndələrinin hazırlanması, dezinformasiya ilə mübarizə və bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin mümkünlüyünə diqqət çəkib, daha sonra media sahəsində aktual məsələlər və tendensiyalar, gələcək inkişaf perspektivlərinin analizi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, VIII Xəzər Media Forumu öz işini növbəti gün plenar iclaslarla davam etdirəcəkdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol