Bunu Trend-ə "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri Adil Qəribov deyib.
Onun sözlərinə görə, gələn il reaktorun layihələndirilməsi üzrə tender elan ediləcək. Nüvə reaktorundan başqa, iki kilovatlıq tədqiqat-təlim reaktoru da işə salınacaq.
A.Qəribov qeyd edib ki, Azərbaycanda tikilməsi planlaşdırılan reaktor ölçülərinə görə unikal olacaq: "Hesablamalarımıza əsasən, reaktorların tikintisi üzrə işlər 2020-ci ildə başa çata bilər, çünki Beynəlxalq Atom Enerjisi Agentliyindən icazə almaq üçün iki il tələb olunur. Azərbaycan icazə üçün Agentliyə artıq müraciət edib, lakin nüvə reaktorunu tikəcək podratçı şirkətin zəruri lisensiziyasının olması çox vacibdir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !