• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Ombudsman Human Rights Watch-un hesabatını qərəzli adlandırıb

Ombudsman Human Rights Watch-un hesabatını qərəzli adlandırıb
31.01.2025 14:19
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Human Rights Watch (HRW) icraçı direktoruna açıq məktub ünvanlayaraq təşkilatın son hesabatı ilə razı olmadığını bildirib. Bu barədə  ombudsman Aparatının mətbuat xidməti məlumat verib. 
 
"HRW etibarsız və qərəzli mənbələrə əsaslanıb, Ombudsman təsisatının illik və paralel hesabatları tamamilə nəzərə alınmayıb",  - ombusmanın məktubunda bildirilib.
 
 2025-ci ild yanvarın 16da ə Human Rights Watch illik hesabatı dərc edib. Hesabatda Azərbaycanda repressiyaların gücləndiyi, jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbs edildiyi bildirilir.

Sənəddə qeyd olunub ki, hakimiyyət siyasi motivli ittihamlarla həbsləri davam etdirir, söz, toplaşma və birləşmə azadlığını məhdudlaşdırır.

HRW həmçinin bildirib ki, 2024-cü ildə Azərbaycanda keçirilən növbədənkənar prezident və parlament seçkiləri azad və ədalətli seçkilər üçün tələb olunan beynəlxalq standartlara cavab verməyib. Beynəlxalq müşahidəçilər rəqabətin olmamasını və tənqidi səslərin sıxışdırıldığını qeyd ediblər.

HRW hesabatında Azərbaycanda müstəqil mediaya qarşı təzyiqlərin artdığı vurğulanıb. Abzas Media, Toplum TV və Kanal 13 kimi müstəqil media qurumlarının əməkdaşlarının qaçaqmalçılıq ittihamları ilə həbs edildiyi bildirilib.
 
Məlumata görə, 2024-cü ilin sonuna qədər Azərbaycanda azı 12 jurnalist həbsdə olub.

Hesabatda həbsxanalarda işgəncələr və pis rəftar halları da qeyd edilib. 
 
N.Təbrizli









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Vuçiçə təbrik məktubu göndərib
Siyasət 13:44
İlham Əliyev Vuçiçə təbrik məktubu göndərib
Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub
Siyasət 23:07
Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub
Bələdiyyə seçkilərində nəticələri etibarsız olan seçki məntəqələrinin siyahısı açıqlanıb
Siyasət 23:03
Bələdiyyə seçkilərində nəticələri etibarsız olan seçki məntəqələrinin siyahısı açıqlanıb
Vətən Müharibəsində Ermənistan bu terror təşkilatlarının üzvlərindən istifadə edib
Siyasət 21:46
Vətən Müharibəsində Ermənistan bu terror təşkilatlarının üzvlərindən istifadə edib
Ceyhun Bayramov israilli həmkarı ilə görüşüb
Siyasət 20:55
Ceyhun Bayramov israilli həmkarı ilə görüşüb
Prezident Əhməd əl-Şaraanı təbrik edib
Siyasət 19:07
Prezident Əhməd əl-Şaraanı təbrik edib
Azərbaycan-Ermənistan rəsmiləri arasında növbəti görüş keçirilib
Siyasət 18:15
Azərbaycan-Ermənistan rəsmiləri arasında növbəti görüş keçirilib
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Siyasət 16:23
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 10:58
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol