İyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da OPEC, 18:00-da isə "OPEC plus” ölkələri nazirlərinin videokonfrans formatında iclasları keçiriləcək.
"Qafqazinfo” xəbər verir ki, OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.
Qeyd edək ki, "OPEC plus” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, iyul-dekabrda 7,7 mln. barrel, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 5,8 mln. barrel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib. Bu qərara uyğun olaraq iyul ayından başlayaraq istehsal kvotalarının tədricən yumşaldılması və ilin sonunadək "OPEC plus” üzrə gündəlik hasilatın 2 mln. barrel artırılması nəzərdə tutulurdu.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !