Azərbaycan Opera Forumunda iştirak edəcək

09:52 | 07.12.2013
Azərbaycan Opera Forumunda iştirak edəcək

Azərbaycan Opera Forumunda iştirak edəcək

IV Minsk Beynəlxalq Milad Opera Forumu klassik sənət xiridarlarına məşhur teatrların ən yaxşı opera tamaşalarını və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının (MABOBT) premyera tamaşalarını təqdim edəcəkdir. Ənənəvi möhtəşəm vokal sənəti bayramı dekabrın 10-15-də dünyanın hər yerindən, o cümlədən Azərbaycandan görkəmli musiqiçiləri bir yerə toplayacaqdır. Bu barədə AzərTAc-a MABOBT-dən məlumat verilmişdir.Forum Rihard Vaqnerin “Uçan hollandiyalı” operasının premyerası ilə açılacaqdır. Opera dekabrın 10-11-də nümayiş etdiriləcəkdir.Kamera tamaşaları pərəstişkarları yeni teatr mövsümünün premyeralarına - Can Karlo Menottinin “Telefon”, Fransis Pulenkanın “İnsan səsi” (12 dekabr), Antonio Salyerinin “Əvvəlcə musiqi, sonra sözlər”, Volfqanq Amadey Motsartın “Teatr direktoru” (15 dekabr), habelə Sergey Kortesin “Ayı”, Qaetano Donisettinin “Rita, yaxud pirat üçbucağı” (14 dekabr) əsərlərinə tamaşa edəcəklər.Forum möhtəşəm qala-konsertlə başa çatacaqdır. Opera musiqisi həvəskarlarını Belarus Böyük Teatrının ulduzları, habelə Azərbaycan, Gürcüstan, Kanada, Litva, Rusiya, Özbəkistan, Ukrayna və Estoniyadan dünya şöhrətli opera ifaçıları ilə görüş gözləyir.Xatırladaq ki, noyabrın 23-24-də MABOBT-də Belarus teatrının quruluşunda böyük Azərbaycan bəstəkarı Qara Qarayevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında yazdığı eyniadlı baletin premyerası olmuşdur.“Yeddi gözəl” tamaşası Belarus Böyük Teatrının daimi repertuarına daxil edilmişdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti