Azərbaycan Ordusunda daha bir ölüm hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Seyran Eynulla oğlu Hənifəyev qəfildən dünyasını dəyişib. Əsgərin ölümünə kəskin ürək və tənəffüs çatışmazlığı səbəb olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya əsgərin ölüm faktını təsdiqləyiblər. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !