Azərbaycan Ordusu daha iki əsgərini itirib - YENİLƏNİB

10:44 | 05.08.2014
Azərbaycan Ordusu daha iki əsgərini itirib - YENİLƏNİB

Azərbaycan Ordusu daha iki əsgərini itirib - YENİLƏNİB

Azərbaycan Ordusunda daha bir silahlı insident olub.APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb. *** Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Murad Mahir oğlu Səmədov tabeliyindəki avtomat silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM