ABŞ-ın "U.S. News and World Report" nəşri Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına aid edib.
APA-nın məlumatına görə, ABŞ, Rusiya və Çin silahlı qüvvələrinin başçılıq etdiyi siyahıda Azərbaycan ordusu 38-ci yerdə qərarlaşıb.
Siyahıda 60 ölkənin adı var. Qeyd olunur ki, ABŞ-ın hərbi xərcləri Ümumi Daxili Məhsulun 3,5 faizini təşkil edir. Rusiyanın xərcləri 4,5 faiz, Çinin isə 2,1 faizdir.
Nəşrin sorğusuna əsasən Azərbaycan dünyanın ən yaxşı ölkələri arasında 53-cü yerdə qərarlaşıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !