Azərbaycan ordusu əsgərini itirdi

14:42 | 20.06.2019
Azərbaycan ordusu əsgərini itirdi

Azərbaycan ordusu əsgərini itirdi

Azərbaycan ordusu əsgərini itirib. 

Anews.az criminal.az-a istinadən xəbər verir ki, İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Elnur Əsgərzadə hospitalda dünyasını dəyişib. 

O, iyunun 7-də xidmət etdiyi Murovdağ istiqamətində başından güllə yarası alaraq Gəncə şəhərində hospitala yerləşdirilimişdi. On gün komada qalan E.Əsgərzadənin həyatını həkimlər xilas edə bilməyib. O, dünən hospitalda keçinib. 

E.Əsgərzadənin hansı şəraitdə güllə yarası alması məlum deyil. Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı hər hansı açıqlama verməyib. Məsələ ilə bağlı Hərbi Prokurorluqdan da məlumat almaq mümkün olmayıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb