Azərbaycan ordusu şəhid verdi - FOTO

17:08 | 09.06.2019
İyunun 9-da Gədəbəy rayon İnəkboğan kənd İƏD-ə daxil olan Köhnəqışlaq kənd sakini, 2000-ci il təvəllüdlü  Elşən Vüqar oğlu Xəlilov cəhbənin Tərtər rayonu istiqamətində düşmənin açdığı güllə nəticəsində şəhid olub, - bu barədə Anews.az-a  İnəkboğan kənd icra nümayəndəsi Şahin Kazımov məlumat verib. 
 
Şəhidin dəfnində rayon rəhbərliyi, idarə, təşkilat işçiləri, hərbiçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid böyük izdihamla dəfn edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu barədə hələlik hər hansı məlumat yaymayıb.

Allah rəhmət eləsin!
 
Zaur Qənbərov
 

 


www.anews.az
loading...