"Mən Ermənistan xarici işlər nazirinin yanaşması ilə razı deyiləm. Hesab edirəm ki, tapşırıqları prosesində müzakirə olunan mövzuların içərisindən hansısa bir mesjı kontekstdən çıxararaq bir element kimi ictimaiyyətə təqdim etməyin çaşqınlıq yaratmaqdan başqa efekti yoxdur. Biz hamımız bilirik ki, burda açıq suallar var. İki ölkə arasında sərhədlər delimitasiya olunmayıb, bu proses keçirilməlidir. Razılıq olmayan bir zamanda qoşunların sərhəddən geri çəkilməsi, həmin qoşunların geri çəkildiyi ərazilərdə nə baş verir? Kim həmin ərazilərin təhlükəsizliyinə zəmanət verə bilər? Məntiqli nəticə ondan ibarətdir ki, deyilən söz tam deyil, yəni qoşunlar geri çəkilsin, təklifin davamı da var. Hansı ki, bu Azərbaycan üçün qəbul edilən deyil. Bu gün Azərbaycan ordusu Azərbaycan sərhədlərini qoruyur. İstənilən ölkədə ordunun onun sərhədlərini qoruması qəbul olunandır. Azərbaycan ordusu 30 illik işğaldan sonra şəhid verərək, qan tökərək ərazi bütövlüyünü bərpa edib”, - nazir dekabrın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidani ilə birgə keçirdiyi mətbuat konfrasında deyib.
Gülnar
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !