Cəbhə bölgəsində təlim zamanı Azərbaycan Ordusunun 2 əsgəri yüngül xəsarət alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə cəbhə bölgəsində yerləşən təlim mərkəzində baş verib.Mayın 2-də saat 19:00 radələrində cəbhə bölgəsində yerləşən təlim mərkəzində 2 hərbi qulluqçu - əsgər Əhlimanlı Mahir Ərşad oğlu və əsgər Əliyev Pərviz Həsən oğlu təlim zamanı yüngül xəsarət alıb.Hərbi qulluqçulara dərhal müvafiq tibbi yardım göstərilib.Vəziyyətləri kafidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !