Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-a səfərə gedib

17:59 | 28.11.2022
Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-a səfərə gedib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-a səfərə gedib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da səfərdədir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və "Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

 Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM