APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri 20 yaşlı Heybətqulu Maqsud oğlu Əzizov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-a faktı təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, H. Əzizov Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !