Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır

14:55 | 02.02.2024
Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır

Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır

Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanalarda şəxsi heyətə isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması məqsədilə çörəkbişirmə sexləri yaradılır. Bu barədə "Report”a Müdafiə Nazirliyindən bildirilib.

Həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları, müxtəlif çeşidli bulkalar və s. bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir.
Nazirliyin məlumatına görə, hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM