Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

09:19 | 10.05.2022
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Azərbaycanın Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən  mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Azərbaycan tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycanın şəxsi heyət və texnikasında itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycanın tam nəzarəti altındadır.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM