Azərbaycan Ordusunun Laçın rayonundakı mövqeləri atəşə tutulub

08:48 | 10.09.2023
Azərbaycan Ordusunun Laçın rayonundakı mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Laçın rayonundakı mövqeləri atəşə tutulub

Sentyabrın 9-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM