Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard sərmayə qoyacaq - Prezident

09:26 | 12.07.2024
Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard sərmayə qoyacaq - Prezident

Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard sərmayə qoyacaq - Prezident

Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollara yaxın sərmayə qoymağı planlaşdırır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Biz ilkin mərhələdə sərmayələrimizin ümumi həcminin təxminən 2 milyard dollar təşkil edəcəyini planlaşdırırıq. Artıq enerji, infrastruktur, rabitə və bir çox digər sahələrdə, o cümlədən müdafiə sənayesində çox uğurla həyata keçirilən layihələri nəzərdən keçirmişik",-  Əliyev Pakistana rəsmi səfəri zamanı bildirib.


Azərbaycan Prezidenti əlavə edib ki, Bakı İslamabadla "təkcə siyasi deyil, həm də iqtisadi müstəvidə güclü tərəfdaşlıq əlaqələri quracaq”.

Əliyev cümə axşamı Pakistana dövlət səfərinə gedib. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 15 sənəd imzalanıb. Xüsusilə, tranzit ticarəti, güzəştli ticarət, hava əlaqəsi, elm və texnologiya, turizm, hava əlaqəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalanıb. Bundan başqa, tərəflər mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlığa, iki ölkənin xarici işlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair anlaşma memorandumları, dövlət əmlakının özəlləşdirilməsi, ədliyyə, informasiya və digər sahələrdə qarşılıqlı fəaliyyət haqqında idarələrarası sənədlər imzalayıblar.  Tərəflər, həmçinin Bakı ilə İslamabad arasında qardaşlaşma münasibətlərinin qurulmasına dair sənəd imzalayıblar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM