Azərbaycan pandemiyada 80 dövlətə yardım edib - PREZİDENT

12:14 | 09.03.2023
Azərbaycan pandemiya dövründə 80 dövlətə yardım edib. Bunu Prezident İlham Əliyev martın 9-da Bakıda keçirilən "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Əliyev bildirib ki, Azərbaycan pandemiya dövründə virusa qarşı mübarizə aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına təqribən 10 milyon dollar yardım göstərib.
 
Martın 2-də İlham Əliyev Qoşulmama Hərəkatının təmas qrupunun Zirvə görüşündə deyib ki, Azərbaycan Afrika və kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpası üçün 1 milyon dollar ayıracaq.
 
O, hərəkat ölkələrini və beynəlxalq birliyin digər üzvlərini Azərbaycanın ehtiyacı olan ölkələrə yardım göstərmək təşəbbüsünü dəstəkləməyə çağırıb.

Azərbaycan Prezidenti həmçinin pandemiyadan qlobal bərpa üçün tövsiyələr hazırlamaq üçün BMT-nin yüksək səviyyəli ekspertlər panelinin yaradılması təşəbbüsü ilə çıxış edib.
 
2019-cu ilin dekabrında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. Daha sonra bu virus sürətlə yayılmağa başladı. 
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
Azərbaycanda pandemiya 2020-ci ilin fevralında təsdiqlənib. 

Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM