Azərbaycan paytaxtının dayanıqlı nəqliyyat sistemi hazırlanır

17:52 | 10.04.2014
Azərbaycan paytaxtının dayanıqlı nəqliyyat sistemi hazırlanır

Azərbaycan paytaxtının dayanıqlı nəqliyyat sistemi hazırlanır

Asiya İnkişaf Bankı (AİB) Bakı şəhərinin dayanıqlı nəqliyyat sisteminin inkişafı ilə bağlı Azərbaycan hökuməti üçün təkliflər hazırlayır.

Bunu “APA-Economics”ə AİB-in layihə mütəxəssisi Yaqut Ertenliçe bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti Bakının nəqliyyat sistemində mövcud olan problemlərin aradan qaldırılması üçün təkliflərin hazırlanıb təqdim olunmasını tələb edib və hazırda bankın mütəxəssisləri bu layihə üzərində çalışırlar: “Bu layihədə əsasən metro xətlərinin genişləndirilməsi, metrobus, tramvaylar xətləri, xüsusi avtobus zolaqları, sürətli avtobus nəqliyyatı (BRT), şəhərdaxili dəmiryolu nəqliyyatı xətləri (LRT) işlənməsi, o cümlədən Azərbaycan üçün hansı müasir nəqliyyat xətlərinin inkişafının daha münasib olması, hazırkı infrastrukturda hansı nəqliyyat sisteminin daha əlverişli olması kimi məsələlər öz əksini tapıb”. Y.Ertenliçe qeyd edib ki, layihə 2015-ci ilin əvvəlində hökumətə təqdim olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM