Azərbaycan Premyer Liqasında ilin komandası açıqlandı

20:30 | 28.12.2020
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb.

İl ərzində 2019/20 mövsümünün 6, 2020/21 mövsümünün 13 turu keçirilib. 19 turda ümumilikdə 75 oyun baş tutub.

Keçirilən matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıbsa, 22 görüşdə heç-heçə qeydə alınıb.

2020-ci ilin ən yaxşı komandası "Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox – 37 xal toplayıb. Qurban Qurbanovun yetirmələri cəmi 1 dəfə uduzduğu ildə hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda – 10 qələbəsi olan "Neftçi” 36 xal yığıb. 3-cü sırada qərarlaşan "Zirə” "ağ-qaralar”dan 10 xal geridədir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal