• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Azərbaycan prezidenti: “Bakının kanalizasiya xətləri köhnəlib"

Azərbaycan prezidenti: “Bakının kanalizasiya xətləri köhnəlib"
10.01.2014 09:01

“İnfrastruktur layihələrinin içində hazırda ən böyük önəm daşıyan layihələr içməli su, kanalizasiya layihələridir.

Keçən il mən bir neçə şəhərdə içməli su layihələrinin açılışında iştirak etmişəm və bu il də bu proses davam etdiriləcək”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib.

 Dövlət başçısı qeyd edib ki, bütövlükdə respublika üzrə əhalinin 55 faizi 24 saat ərzində içməli su ilə təmin edilir: “Əlbəttə ki, bu, çox aşağı bir göstəricidir. O da həqiqətdir ki, içməli su, kanalizasiya məsələləri bütün dövrlərdə çox kəskin problem olub. Bölgələrimizdə kanalizasiya xətləri ümumiyyətlə olmayıb. Bakının kanalizasiya xətləri köhnəlib, bugünkü standartlara uyğun deyil. Ona görə, bu, böyük maliyyə və texniki resurslar tələb edən layihələrdir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla gedir”. Prezident İlham Əliyevin sözlərinə görə, hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir: “Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır. Bakıda və bizim bütün şəhər və qəsəbələrimizdə əhaliyə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su verilməlidir”. “Burada əsas işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti icra edir. Eyni zamanda, qeyd etdiyim kimi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması işləri də aparılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğuların quraşdırılmasını təmin edir. Artıq yüzlərlə kənd o layihələrlə əhatə edilir. Artıq keçən il birinci pilot layihəsi icra edilmişdir. Bu da ilk növbədə, suvarma məqsədləri üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsidir. Artıq bu pilot layihəsi icra edilib. Biz bu praktikanı genişləndirməliyik”, deyə ölkə başçısı bildirib. Dövlət başçısı gələcəkdə, lazım gəldikdə Xəzər dənizinin suyundan içməli su kimi istifadə etmək üçün də imkan olacağını qeyd edib: “Yəni, bu layihələr deyə bilərəm ki, bu gün sosial infrastruktur layihələri arasında prioritet yerlərdən birindədir. Mən bu layihələrə ona görə infrastruktur layihələri deyirəm ki, bu layihələr sırf sosial məna daşıyır və vəsaitlər ancaq insanların sağlamlığı, rahatlığı üçün qoyulur”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov İrana gedib
Siyasət 18:35
Əli Əsədov İrana gedib
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 17:40
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Siyasət 17:01
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Siyasət 14:35
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Siyasət 17:15
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Azərbaycan XİN Litvanı təbrik edib
Siyasət 16:21
Azərbaycan XİN Litvanı təbrik edib
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Siyasət 14:29
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Prezident litvalı həmkarını təbrik edib
Siyasət 11:20
Prezident litvalı həmkarını təbrik edib
Ceyhun Bayramov Serbiyaya gedib
Siyasət 10:11
Ceyhun Bayramov Serbiyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol