Azərbaycan prezidenti BP-nin baş icraçı direktorunu qəbul edib

17:27 | 03.06.2014
Azərbaycan prezidenti BP-nin baş icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti BP-nin baş icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyunun 3-də BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.APA-nın məlumatına görə, görüşdə Azərbaycanla BP arasında uzun illərdir, uğurlu əməkdaşlıq həyata keçirildiyi qeyd olunub. Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında dünyanın xeyli sayda ölkə və şirkətlərinin iştirakının önəmi vurğulanıb, bu tədbirin Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığını daha da genişləndirməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. Azərbaycanla BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti