• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Prezidenti İranın vitse-prezidenti ilə görüşüb - Yenilənib

Azərbaycan Prezidenti İranın vitse-prezidenti ilə görüşüb - Yenilənib
13.11.2024 18:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari ilə görüşüb.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirin, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
Məsud Pezeşkianın Prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlət başçısı vurğulayıb ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.

İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrin tarixi xarakter daşıdığını vurğulayıb.
Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlıq qeyd olunub, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulanıb.
Şimal-Cənub nəqliyyat dəhlizinə toxunuldu, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edilib.

Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
 
 17:23

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Siyasət 18:48
Sahibə Qafarova Qazaxıstana səfər edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət 18:32
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol