Azərbaycan prezidenti Ukraynada rəsmi səfərdədir

10:28 | 18.11.2013
Azərbaycan prezidenti Ukraynada rəsmi səfərdədir

Azərbaycan prezidenti Ukraynada rəsmi səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev Ukraynada rəsmi səfərdədir.APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva Kiyevə noyabrın 17-də yola düşüblər. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıbar. Elə həmin gün Azərbaycan prezidenti və xanımını Kiyevin Borispol hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Milli geyimli qızlar dövlət başçısına duz-çörək, Azərbaycanın birinci xanımına isə gül dəstələri təqdim olunub. Qeyd edək ki, səfər Ukrayna prezidenti Viktor Yanukoviçin rəsmi dəvəti ilə reallaşır. İki ölkənin prezidentləri arasında keçiriləcək görüş zamanı yüksək səviyyədə ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, prioritet sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, energetika, infrastruktur və hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. İki günlük səfər çərçivəsində Ukrayna və Azərbaycan prezidentləri Şurasının IV iclası da keçiriləcək. Bu tədbir ikitərəfli strateji əlaqələrin praqmatik məzmunla daha da doldurulması məqsədi daşıyır. İclasın yekunları ilə bağlı yekun protokolun imzalanması planlaşdırılır. Bundan başqa, səfər çərçivəsində iki dövlət arasında xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar və regionlararası sahələrdə qarşılıqlı əməkdaşlığa dair sazişlərin imzalanması planlaşdırılır. Səfərin proqramında Azərbaycan prezidenti İ. Əliyevin Ukraynanın baş naziri N. Azarov və Ali Radanın sədri V. Rıbakla görüşləri də nəzərdə tutulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM