Azərbaycan prezidenti Vladimir Jirinovskiylə nədən danışdı?

14:30 | 26.09.2014
Azərbaycan prezidenti Vladimir Jirinovskiylə nədən danışdı?

Azərbaycan prezidenti Vladimir Jirinovskiylə nədən danışdı?

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib.

ANN.Az-ın "AzərTAc"a istinadən xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu qeyd edilib, iki ölkənin ali qanunvericilik orqanları arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.Söhbət zamanı ikitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür