Azərbaycan prezidenti İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
“APA-Economics”in məlumatına görə, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla iki ay müddətində Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Energetika Nazirliyi ilə birlikdə tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərenerji” ASC və “Bakıelektrikşəbəkə” ASC ilə birlikdə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
İqtisadiyyat və Sənaye Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi ilə birlikdə korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Nəqliyyat Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
İqtisadiyyat və Sənaye Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə “Müflisləşmə və iflas haqqında” qanunun təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
ANN.Az