Azərbaycan prezidenti İlham Əliyev Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !