• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Prezidentinin nümayəndəsi ABŞ-da mühüm görüşlər keçirib

Azərbaycan Prezidentinin nümayəndəsi ABŞ-da  mühüm görüşlər keçirib
01.08.2024 11:16
Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-a səfəri çərçivəsində Amerika hökumətinin yüksək vəzifəli nümayəndələri ilə bir sıra görüşlər keçirib, Bakı ilə İrəvan arasında normallaşma, Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri müzakirə olunub.  Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin  BMT yanında Фяэкифнсфтжт daimi nümayəndəliyinin birgə məlumatında deyilir.

Səfirlikdən verilən məlumata görə, Elçin Əmirbəyov ABŞ prezidentinin xüsusi köməkçisi Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen, dövlət katibinin köməkçisinin baş müavini ilə görüşüb. Avropa və Avrasiya məsələləri üzrə Yuri Kim, Avropa və Avrasiya məsələləri üzrə ofisinin direktoru Brayan Stimmler, müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper və Nebraska senatoru Pit Riketts ilə görüşüb. 

"İkitərəfli gündəliyi, sülh prosesinin hazırkı vəziyyətini və regionda baş verən son hadisələri əhatə edən konstruktiv və faydalı müzakirələr aparılıb”, - Azərbaycan diplomatik missiyasından bildirilib. 

Bundan başqa Elçin Əmirbəyov ABŞ Sülh İnstitutunun təşkil etdiyi dəyirmi masada tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. Tədbirdə Azərbaycan-Amerika münasibətləri, davam edən Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nyu-Yorka işgüzar səfəri çərçivəsində Elçin Əmirbəyov BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini DiKarlo Rozmari ilə görüşüb və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyətini və perspektivlərini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələri müzakirə edib. 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
İlham Əliyev Kamboca Kralını təbrik edib
Siyasət 11:48
İlham Əliyev Kamboca Kralını təbrik edib
МИД Турции поздравил Азербайджан с Днем Государственного флага
Siyasət 11:22
МИД Турции поздравил Азербайджан с Днем Государственного флага
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Siyasət 08:55
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Siyasət 08:46
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Ankarada Zəfər Günü münasibətilə Azərbaycanı təbrik ediblər
Siyasət 22:30
Ankarada Zəfər Günü münasibətilə Azərbaycanı təbrik ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol