Azərbaycan Prokurorluğunda yeni təyinatlar

14:18 | 24.10.2024
Azərbaycan Prokurorluğunda yeni təyinatlar

Azərbaycan Prokurorluğunda yeni təyinatlar

Azərbaycanın Baş prokuroru Kamran Əliyev yeni təyinatlarla bağlı əmrlər imzalayıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, baş prokuror Kamran Əliyevin əmri ilə Rauf Gözəlov Gəncə şəhərinin prokuroru təyin edilib. O, bu təyinata qədər Qazax rayonunun prokuroru vəzifəsində çalışıb.


Baş prokurorun birinci müavini Elçin Məmmədov və Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Rauf Gözəlovu Gəncə prokurorluğunun kollektivinə təqdim ediblər.


Azad Qarayev Lənkəran rayonunun prokuroru təyin edilib. O, bundan əvvəl Gəncə şəhərinin prokuroru olub.


Rövşən Əliyev Qazax rayonunun prokuroru təyin edilib. O, əvvəllər Bakı Şəhər Prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti