“Azərbaycan qadınları 21-ci əsrdə” - Fotolar

22:30 | 09.12.2014
“Azərbaycan qadınları 21-ci əsrdə” - Fotolar

“Azərbaycan qadınları 21-ci əsrdə” - Fotolar

Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə "Azərbaycan qadınları 21-ci əsrdə” mövzusuna həsr olunmuş konfrans keçirilib. 

ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, konfransı giriş sözü ilə açan partiya sədri Asim Mollazadə qeyd edib ki, Azərbaycan qadınları 21-ci əsrin çağırışlarına cavab verməklə, öz fəal, savadlı, dünyadakı qadınlarla rəqabətdə irəli çıxmaq bacarıqları ilə yenə də Türk və İslam aləmindəki öncül qadın rolunu öz üzərinə götürməlidir. "Müsəlman şərqində ilk olaraq Azərbaycanda gender balansını ehtiva edən qanunvericilik bazası yaradılmış, qadına seçki hüququ verilmişdi. Bu hətta ABŞ və bir sıra Avropa ölkələrindən əvvəl olmuşdu. Bu o vaxt idi ki, hələ Almaniya "uşaq-mətbəx-kilsə” qapalı üçbucağından çıxa bilməmişdi. Partiyanın bu konfransı təşkil etməkdə də əsas məqsədi Azərbaycan qadınlarının fəallığının artırılması üçün səmərəli fikir və təklifləri dinləməkdir. Burada səslənən fikirlər əsasında təkliflər paketi hazırlanaraq müvafiq icra və qanunverici hakimiyyətlərə təqdim ediləcək”. 

Sonra DİP Siyasi Şurasının üzvü, "Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva "Azərbaycanda qadın liderliyi: problemlər və çıxış yolları" mövzusunda məruzə edib. Qadınların idarəetmədə, qanun yaradıcılığında, seçkilərdə, sahibkarlıqda, təhsil prosesində, diplomatik fəaliyyətdə iştirakına dair statistika, aparılmış tədqiqatların nəticələri barədə danışıb.

Ü.Abdullayeva problemlərin həllinə dair DİP-in təkliflərini diqqətə çatdırıb. Müzakirələr zamanı millət vəkillərindən Sevinc Fətəliyeva, Ceyhun Osmanlı, bir sıra yerli və beynəlxalq təşkilatların rəhbərləri, müvafiq nazirlik və komitələrin, ali və orta təhsil müəssisələrinin təmsilçiləri mövzu barədə fikir və təkliflərini ifadə ediblər. Burada qadınlar üçün diskussiya və intellektual klubların, resurs mərkəzlərinin yaradılması, onların ictimai müzakirələrə cəlb olunması, informasiya-kommunikasiya texnologiyaları sistemindən səmərəli istifadəyə istiqamətləndirilməsi, dövlət idərəçiliyində qadınlar üçün kvotaların müəyyənləşdirilməsi, erkən evliliyin və təhsildən tez ayrılmanın, selektiv abortların qarşısının alınması barədə təkliflər səsələndirilib.

ANN.Az
 



 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb