“Azərbaycan Qarabağda hərbi əməliyyata hazırlaşır” - Erməni mətbuatı

09:42 | 16.06.2019
“Azərbaycan Qarabağda hərbi əməliyyata hazırlaşır” - Erməni mətbuatı

“Azərbaycan Qarabağda hərbi əməliyyata hazırlaşır” - Erməni mətbuatı

Levon Mnatsakanyanın seperatçı Qarabağ rejiminin baş polisi təyin olunması barədə xəbər yayılıb.
Cebhe.info Ermənistanda nəşr olunan "Past" qəzetinə istinadən bildirir ki, bu, Paşinayana qarşı "Qarabağ klanı"nın mövqeyini möhkəmləndirir: "2020-ci ilə təyin olunan prezident seçkisi sadəcə, seçki deyil. İndiki prezident namizədliyini irəli sürməyəcək. Kimin prezident olmasından asılı olmayaraq, həm onun üçün, həm də Qarabağ üçün çətin zamanlar gözlənilir".
Qəzet iddia edir ki, Azərbaycan daha cəld templə hərbi əməliyyatlara hazırlaşır: "Azərbaycan ən əlverişli zamanda bir an belə tərəddüd etmədən öz addımını atacaq. Mnatsakanyanın təyinatı Qarabağ hakimiyyətinin mövqeyini möhkəmləndirir. Çünki polis zəruri anda təhlükəsizliyin təmininə cəlb olunacaq. Hərbçi olan Mnatsakanyan xüsusi rol oynayacaq".  



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM