Bir ay əvvəl Qazax rayonunda saxlanılan erməni ölkəsinə qaytarılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq, 26 avqust 2014-cü il tarixdə Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılan, Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviçi bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb. İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !