Azərbaycan qazı Serbiyaya da ixrac olunacaq

16:23 | 01.02.2023
Azərbaycan qazı Serbiyaya da ixrac olunacaq

Azərbaycan qazı Serbiyaya da ixrac olunacaq

Bolqarıstan və Serbiya  qaz sistemini  birləşdirəcək və Transadriatik qaz kəməri ilə (TAP) nəql olunan Azərbaycan qazınının Serbiyaya ixracına imkan verəcək qaz kəmərinin  keçid hissəsinin Bolqarıstan ərazisində tikintisinə başlanılıb. Bu münasibətlə Serbiya Prezidenti Aleksandr Vuçiç çərşənbə günü Bolqarıstana gəlib. 

Serbiyada bu işlərə 2022-ci ilin fevralında start verilib. Hazırda başlanılıb.

"Bu, Serbiya, Bolqarıstan və bütün region üçün mühüm gündür. Biz iki ölkəni, iki xalqı və iqtisadiyyatlarımızı birləşdirməyə davam edirik. Yeni qaz kəməri vətəndaşların təhlükəsizliyini artıracaq və yeni investisiyalar üçün şans verəcək", -  Vuçiç bildirib. .

Yeni interkonnektor  Aleksandrupolisdəki (Yunanıstan) LNG terminalı ilə birlikdə işləyəcək, Cənub Qaz Dəhlizinə çıxışı olacaq və Azərbaycandan alternativ qaz ixracını təmin edəcək.

Bolqarıstan-Serbiya sistemlərarası qaz ötürmə körpüsünün ümumi uzunluğu 170 km olacaq ki, bunun da 109 km-i Serbiyadan keçəçək.  Onun vasitəsilə hər iki istiqamətdə ildə 1,8 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq.
 
Layihənin dəyəri, Avropa İnvestisiya Bankının məlumatına görə, 85,5 milyon avro təşkil edəcək.

Kəmərin tikintisinin oktyabrda bitəcəyi gözlənilir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM