"İndi biz 1 milyard kubmetr həcmində Rusiya qazının alınmasından danışırıq. Müqavilə ötən ilin sonunda imzalanıb. Və faktiki olaraq, biz bu həcmin yarısını belə almamışıq. Bu il biz bu milyardın qalan hissəsini alacağıq”, - Əliyev bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Azərbaycan ötən il 22 milyard kubmetr neft ixrac edib.
Dövlət başçısı Azərbaycanın Rusiya qazını sonradan satmaq üçün alması ilə bağlı iddiaları təkzib edərək, bunu "informasiya manipulyasiyası” adlandırıb.
"Azərbaycanı daima ləkələmək, bizim rolumuzu, əhəmiyyətimizi aşağılamaq cəhdləri - yeni deyil. O dövrü xatırlayıram ki, onlar eyni şeyi deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhan [neft kəməri] çəkilməyəcək, sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur, indi də deyirlər. Yaxşı, danışsınlar. Biz öz işimizi gördük və uğurla da edirik”, - Əliyev vurğulayıb
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !