Azərbaycan qeyri-neft və qaz ixracını 8% artırıb

17:04 | 10.01.2024
Azərbaycan  qeyri-neft və qaz ixracını 8% artırıb

Azərbaycan qeyri-neft və qaz ixracını 8% artırıb

2023-cü ilin dördüncü rübündə Azərbaycanın qeyri-neft və qaz ixracı 914,2 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin oktyabr-dekabr göstəricisindən 7,9% çoxdur. Bu barədə AZPROMO məlumat verib. 

Bu, 2023-cü il ərzində qeyri-neft və qaz ixraçı üzrə ən yüksək rüblük göstəricisidir.

AZPROMO-nun məlumatına görə, ümumilikdə, 2023-cü ildə Azərbaycanın qeyri-neft və qaz ixracı 9,8% artaraq rekord həddə - 3 milyard 348 milyon dollara çatıb.

Eyni zamanda, dekabrda ixrac 314,2 milyon dollar (2022-ci ilin dekabr ayı ilə müqayisədə +3,8%) təşkil edib.

Əvvəllər məlumat verildiyi kimi, 2022-ci ildə Azərbaycanın qeyri-neft və qaz ixracının həcmi 3 milyard 47,67 milyon dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 12,3% çoxdur.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2027-ci ildə qeyri-neft və qaz ixracının həcmi artaraq 5,3 milyard dollar təşkil edəcək.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM