• $ 1.7
  • € 1.9561
  • ₽ 0.020897
  • ₺ 0.0404
  • £ 2.2206

Azərbaycan qızılcanın ən çox yayıldığı ölkələr sırasındadır

Azərbaycan qızılcanın ən çox yayıldığı ölkələr sırasındadır
02.08.2024 14:53
2024-cü ilin yeddi ayının nəticələrinə əsasən qızılcanın ən çox yayıldığı ölkələr Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, İraq, Yəmən, Rumıniya və Ekvatorial Qvineyadır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunub.

Tövsüyyə olunub ki, bu ölkələrə səyahət etməzdən 14 gün əvvəl qızılcaya qarşı peyvənd olunmalıdır.

2023-cü il dünyada uşaqların 83%-i qızılca ilə bağlı yalnız birinci doza peyvəndi vurub. 

Son beş ildə qızılcaya yoluxma hallarının artması dünyadakı körpələrin təxminən dörddə üçünün yaşadığı 103 ölkəni əhatə edib. Aşağı peyvənd əhatəsi (80% və ya daha az) epidemiyaların başlamasında əsas amil olub. Qızılca peyvəndinin yüksək olduğu 91 ölkədə heç bir epidemiya baş verməyib.


ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, bu problem həll edilə bilər və qızılcaya qarşı peyvənd ucuzdur. ÜST rəhbəri vurğulayıb ki, peyvənd olmayan ölkələrə də bunu çatdırmaq mümkündür.

Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.  

Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.

Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
Cəmiyyət 22:00
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Cəmiyyət 21:39
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Qaradağda erkən nikahın qarşısı alınıb
Cəmiyyət 18:50
Qaradağda erkən nikahın qarşısı alınıb
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 18:12
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Cəmiyyət 18:05
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Cəmiyyət 18:04
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşüb
Cəmiyyət 17:01
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşüb
Bakıda 301 nömrəli tam orta məktəbə direktor təyin edilib
Cəmiyyət 16:59
Bakıda 301 nömrəli tam orta məktəbə direktor təyin edilib
Hər həftə yeni həyəcan – növbəti lüks avtomobil qalibinə təhvil verildi!
Cəmiyyət 16:52
Hər həftə yeni həyəcan – növbəti lüks avtomobil qalibinə təhvil verildi!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol