Azərbaycan qurudulmuş meyvə ixracını 38 %-ə yaxın artırıb

18:19 | 09.12.2024
Azərbaycan qurudulmuş meyvə ixracını 38 %-ə yaxın artırıb

Azərbaycan qurudulmuş meyvə ixracını 38 %-ə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1597 ton qurudulmuş meyvə ixrac edib.Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 % çoxdur.11 ay ərzində qurudulmuş meyvə ixracının ümumi dəyəri 5 milyon 137,2 min ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 17 % artım deməkdir.

Qeyd edilib ki,xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac strukturunda qurudulmuş meyvə ixracının xüsusi çəkisi artmaqdadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM