Azərbaycan Ermənistana mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edib. Bunu anews.az - ın sualına cavabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Hələ 2021-ci ildə biz müvəqqəti variant kimi təklif etmişdik ki, bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri yarada bilər”, – o qeyd edib.
O həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.
"Azərbaycan təklif edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etsin. ATƏT-in Minsk qrupu etimadı doğrultmayıb.”, - Hacıyev bildirib.
N. Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !