"Macarıstan Azərbaycanda münasibətlərə çox böyük önəm verir. Xüsusilə Macarıstan üçün enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanla əməkdaşlıq çox önəmlidir”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Macarıstan Milli Assambleyasının sədri Laslo Köver deyib.
L. Köver bildirib ki, Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir və Macarıstan Avropa İttifaqının üzvü kimi Azərbaycanı Cənubi Qafqazda ən strateji tərəfdaş hesab edir: "Macarıstanla Azərbaycan tək enerji deyil, bir çox sahələrdə münasibətlərin inkişafına önəm verir. Məsələn, azərbaycanlı tələbələrin təhsili üçün Macarıstan ali məktəblərində 200 yer ayrılıb. Macarıstan hesab edir ki, Azərbaycan Avropa İttifaqının regionda ən aparıcı tərəfdaşlarından biridir, Avropa İttifaqı Azərbaycanla münasibətlərə böyük önəm verməlidir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan regionda ən aparıcı dövlətdir”.
Qeyd edək ki, L. Köver Fəxri Xiyabanda Heydər Əliyev və oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !