2023-cü ildə Azərbaycanın regionlarında vergi yığımı 2022-ci illə müqayisədə 11 % çox olub. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ötən il regionlardan 1,5 milyard manat vergi yığılıb.
Ötən ilin birinci rübündə Azərbaycanın regionlarından 353,1 milyon manat məbləğində vergi yığılıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 % çoxdur.
2023-cü iiln yanvar-martında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !